Onlayn ictimai-siyasi qəzet
"Ola bilməz ki, hər hansı bir ailə dövlət büdcəsinin xərclədiyi vəsaitdən artıq özünə pul xərcləsin".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 12-də hökumət iclasında deyib.
“İnsanlar bunu başa düşməlidirlər. Biz dövlət büdcəsinə pul ödəyəndə, elə bil düşmənə veririk. Bizim mentalitetimizə xasdır ki, dövlətimiz bizim düşmənimizdir. Belə bir şüuru kim yaradıb? Gündəlik söz ehtiyatımızla, dərsliklərimizlə, universitet təhsilimizlə nə etdiyimizi anlamırıq. Dövlətin olmaması üçün hər şey edirik,” - deyə Paşinyan bildirib.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ