İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan bəyan etdi- Müharibədən sonra Ermənistanda xeyli silah yoxa çıxıb

Paşinyan hökumətin iclasında Qarabağda 44 günlük müharibədən sonra çoxlu sayda silahın yoxa çıxdığını deyib.

Musavat.com xəbər verir ki, bunu Ermənistan mətbuatı yayıb.

Baş nazir qeyd edib ki, o, daxili işlər nazirinə qanunsuz silah və sursatların axtarışı metodologiyasına yenidən baxılmasını tapşırıb.

"İstifadə etdiyimiz metodlar yeni çağırışlara cavab vermir. Yeni metodlardan istifadə etməklə artıq kiçik də olsa, müəyyən nəticələr əldə etmişik. Biz bu üsulla qeyri-qanuni silah və sursatları aşkarlaya bilərik”, - N.Paşinyan əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR