İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Bakıya gəlir? - SON DƏQİQƏ AÇIQLAMASI

“COP29-da iştirakla bağlı hələ qərarımız yoxdur, biz hər şeyi müzakirə etməliyik, başa düşməliyik ki, ora getmək nə üçün lazımdır. Oraya getmək Ermənistana nə verəcək, bizim maraqlarımız nədir, tədbirdə hansı səviyyədə iştirak edəcəyik?”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 22-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Hər halda, COP29-da dəvət və iştirak Azərbaycanın inhisarı deyil, bu, Bakının tədbiri deyil, bu, BMT-nin tədbiridir. Yenə də deyirəm, həll yolu yoxdur, lakin biz bu məsələni müzakirə edəcəyik”, - deyə Simonyan əlavə edib.

Yerli jurnalistlər Ermənistanın bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini dəstəklədiyinə görə peşman olub-olmadığını soruşub. “Yox, Biz buna görə 30-dan çox əsiri geri qaytardıq”,-deyə Simonyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR