İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan Azərbaycanı tərəfdaş kimi görür, Rusiya və İran isə..." - ŞOK DETALLAR

Xəbər verdiyimiz kimi, bu ilin avqustun 23-də Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbulu ilə bağlı müraciətində “Bəyannamənin dərin təhlilə ehtiyacı olduğunu” vurğulayaraq, “bizdə sülh olmayana qədər SSRİ-nin ruhu səmamızda uçacaq” sözlərini işlədib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli politoloq Beniamin Matevosyan baş nazirin bu fikrini şərh edib.

“Paşinyanın bu bəyanatı bir çox digər oxşar bəyanatlar kimi (məsələn, gerblə bağlı) düzgün dəyərləndirilmir" deyən revanşist mövqeyi ilə tanınan Matevosyan davam edir:

beniamin-matevosyan-n269795-1.jpg (76 KB)

“Hazırkı İstiqlal Bəyannaməsinin rədd edilməsi kifayət deyil, yəni bu, davam etdirilməli və indiki siyasi proseslərdə özünü göstərməlidir. Ermənistan Respublikasının xarici siyasətinin əsas elementlərinə çevrilmiş Müstəqillik Bəyannaməsinin və orada təsbit olunmuş dəyərlərin rədd edilməsi bütün xarici siyasət kompleksinin transformasiyasını özü ilə aparır. Hazırkı Bəyannamə və ondan irəli gələn bütün qanunlar, təklif olunan aktlar, siyasi və hüquqi sənədlər ləğv edilərsə, Qarabağ artıq xarici siyasət prioriteti olmayacaq, o zaman Ermənistan 1915-ci il “Erməni Soyqırımı”nın (qondarma-red.) beynəlxalq səviyyədə tanınmasının tərəfdarı olmayacaq. “Bölgədə Ermənistan üçün təhlükəsizlik zəmanəti axtaran”, “SSRİ-nin kabusu” ilə mübarizə aparan Paşinyan xarici siyasət vektorunu dəyişir və bu proses çərçivəsində Türkiyə ilə Azərbaycan tərəfdaş kimi görünür. Rusiya və İran düşmən olmasalar da, rəqibə çevrilir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR