İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan 6 oktyabrda bu ADDIMı atacaq, ona qədər isə sərhəddə… - Üzeyir Cəfərovla “Canlı debat”

Erməni KİV-ləri yazır ki, Paşinyan oktyabrın 6-da əlində sülh müqaviləsi mətninin ilkin variantı ilə Praqaya gedəcək. “Past” qəzetinin yazdığına görə, sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə keçirilən görüşdə əsasən sülh müqaviləsinin layihəsinin mətni müzakirə olunub.

Qriqoryan və Hacıyev öz yanaşmalarını təqdim edərək üçtərəfli formatda konsensus variantına nail olmağa çalışıblar. Qəzetin yazdığına görə, Paşinyan əlində sülh müqaviləsi mətninin ilkin variantı ilə Aİ-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün oktyabrın 6-da Praqaya yola düşəcək.

Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyi dünən Ermənistan Silahlı Qüvvələrinin sərhəd zonasında törətdiyi təxribatla bağlı açıqlamasında Ermənistan tərəfinin təxribatlarının növbəti sammit görüşü ərəfəsində məqsədyönlü şəkildə həyata keçirildiyini qeyd edib.

Sülh sazişi öncəsi təxribat ideyası kimə məxsusdur? Paşinyan bir tərəfdən sülhə razılaşıb, o biri tərəfdən sərhəddə vəziyyəti niyə gərginləşdirir? Bunu Rusiya bilərəkdən Ermənistana təzyiq üçün edir, yoxsa Avropadan güc alan Paşinyanın gizli planıdır?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR