İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sədri keşiş Baqratı dəstəkləmədiyini bildirdi

“Çiçəklənən Ermənistan”partiyasının lideri Qaqik Tsarukyan bu gün, sentyabrın 29-da jurnalistlərlə söhbəti zamanı “arxiyepiskop Baqrat Qalstanyanı dəstəkləyirmi?”sualına cavab verib.

“Mən heç kimi dəstəkləmirəm və heç kimi dəstəkləməyəcəyəm. Vaxt gələcək, qalanını sizə deyəcəyəm”, - deyə Qaqik Tsarukyan bildirib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, partiya sədri cinayət işləri ilə ona təzyiq etməyə çalışırlarmı, sualını da cavablandırıb. “Heç kim Tsarukyana təzyiq edə bilməz.

Vaxtı gələndə sizi dəvət edəcəyəm və bütün suallarınızı cavablandıracağam”, - “Çiçəklənən Ermənistan”ın lideri bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR