İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya rəsmisindən SƏRT SÖZLƏR: "Şəhidlərimizin üzərindən oyun oynayırlar, yazıqlar olsun!"

“İki gündür qərbin Azərbaycandakı casus şəbəkəsinin sosial mediada və xaricdən yayımlanan internet televiziyalarındakı çıxışlarını ciddi şəkildə monitorinq edirəm. Tezis eynidir; şəhidlərimiz üzərindən oyun oynayaraq dövlətimizin bütövlüyü uğrunda apardığımız prosesi gözdən salmaq, vətəndaşlarımızı ruh düşkünüyünə kökləmək, ermənilərin də ciddi cəhdlə nail olmaq istədiyi bəzi məsələləri təbliğ etmək..."

Musavat.com xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Əbdülkərimov bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyətinin övladı Azərbaycan Ordusunda xidmət etməyib:

"Bu təbliğatı aparanların siyahısına nəzər saldıqda məlum olur ki, bu vətənşüvənlərin bir çoxunun övladı ordumuzda xidmət etməyib və ümumiyyətlə, Azərbaycanda yaşamırlar. Amma bunlar özlərini elə təqdim edirlər ki, sanki şəhidlərimizin valideynlərinə canları yanır. Əslində isə bunların məqsədi şüraltı ifadələrlə onları etiraza səsləmək, eyni zamanda gənclərimizin vətənpərvərlik ruhlarını öldürməkdir”.

Partiya rəsmisi deyib ki, Azərbaycan xalqı heç vaxt bu bəduğurlara etimad göstərməyəcək:

“Yazıqlar olsun. Bax bu xislətin sahibi olduqlarına görə Azərbaycan xalqı heç vaxt bu bəduğurlara etimad göstərmir və göstərməyəcək də. Çünki xalqımız ağı qaradan seçir və birmənalı olaraq Vətənin bütövlüyünü dəstəkləyirlər. Vətənin bütöv olması üçün isə həmişə qurbanlar olacaq. Eyni zamanda bunların yekunu olaraq belə nəticəyə gəlmək olar ki, hədəf Azərbaycan dövləti olmaqla yanaşı, eyni zamanda dövlətimizin başçısıdır. Çünki Vətənin azadlığı prosesinin Komandanı məhz İlham Əliyevdir. Əminəm ki, həmişə olduğu kimi bu dəfə də bu kiçiklik sibdromu yaşayan “siyasət” dəllalarının arzuları gözlərində qalacaq, çünki xalqımız öz liderinə güvənir və onu dəstəkləyir".

Arzuman Əbdülkərimov sonda qeyd edib:

"Bu yerdə məşhur bir deyim yadıma düşür: “Əgər haqqın kimin tərəfində olduğunu bilmək istəyirsənsə, düşmənin oxunun hara yönəldiyini görmək kifayət edər”. Bəli, düşmənin oxu İlham Əliyevə tərəf yönəlib, deməli, O, haqq yoldadır. 1915 Sarıqamış 90 min, 1915 Çanaqqala 250 min, 1913 Balkan müharibəsi 344 min, 1922 İstiqlal savaşı 135 min şəhid… Türkiyə 10 ildə 10 milyon əhalisindən 2 milyon əsgər və mülki əhalisini itirdi, millətinin istiqlalı və gələcəyi üçün”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR