Onlayn ictimai-siyasi qəzet
İranda prezident seçkilərində namizədlərin müraciət müddəti bu gün yerli vaxtla saat 18-də bitib.
Musavat.com xəbər verir ki, sonuncu gün çoxlu sayda şəxs prezidentlik yarışına qoşulmaq üçün DİN-nin müvafiq komissiyasına sənədlərini təqdim edib.
Bu gün prezidentlik yarışına qoşulanlar arasında Həsən Ruhani hökumətində birinci vitse-prezident postunu tutmuş İshaq Cahangiri, keçmiş yollar və şəhərsalma naziri Abbas Axundi, Proqram və Büdcə Təşkilatının rəhbəri Davud Mənzur və parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, Rəisi hökumətində yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş prezidentlik yarışına qoşulanlar siyahısında olub.
Bununla da müraciətlər mərhələsi başa çatıb və sabahdan etibarən 12-dək DİN və “keşikçilər Şurası” iddiaçıların müraciətlərini araşdırıb seçkilərə buraxılması barədə qərar verəcək.
İshaq Cahangiri
Məhəmməd Baqir Qalibaf
Mehrdad Bazarpaş
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ