İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament Fransaya etirazla bağlı bəyannamə mətni hazırlayır - komissiya yaradıldı

Fransa Senatının qəbul etdiyi qətnamə, eyni zamanda, bu ölkənin son dövrdə Azərbaycana qarşı fəaliyyəti ilə bağlı Milli Məclisin bəyanatının qəbul olunması ilə bağlı məsələ parlamentin noyabrın 16-da keçirilən plenar iclasının gündəliyə daxil edilib.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib. Parlamentin sədri deyib: “Fransanın icra və qanunverici orqanlarının Azərbaycana qarşı qərəzli mövqeyini dəfələrlə müşahidə etmişik. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamalar, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. Son iki ildə Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini bir neçə dəfə nümayiş etdirib. Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiyadır”.

S.Qafarova bildirib ki, hər sətrindən xalqımıza və dövlətimizə nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddealarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyətini güdən bir akt kimi qiymətləndirilməlidir: “Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmayan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistləri qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirmək, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığa zərbə vurmağa da hazırdılar”.

Daha sonra spiker Sahibə Qafarovanın təklifi ilə bəyanat mətninin hazırlanması üçün Səməd Seyidovun sədrliyi ilə Zahid Oruc, Asim Mollazadə, Ramin Məmmədov və digərlərindən ibarət komissiya yaradılıb.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR