İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdən Ararat Mirzoyanın Türkiyə səfərinə REAKSİYA

Fransa XİN Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərini alqışlayır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Fransa Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərini Ermənistanın zəlzələdən zərər çəkmiş əhaliyə yardıma verdiyi töhfə kontekstində alqışlayır. Avropa və xarici işlər naziri Ketrin Kolonna sentyabrda Türkiyəyə səfəri zamanı bildirib ki, Fransa Ermənistan və Türkiyənin münasibətlərin normallaşmasına yönəlmiş səylərini təşviq edir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, fevralın 15-də Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Türkiyəyə səfər edib, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra zəlzələ bölgəsinə baş çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR