İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə nümayişçilərlər polis arasında toqquşmalar başlayıb

Parisdə həmkarlar ittifaqının mitinqində nümayişçilərlə polis arasında toqquşmalar başlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında etirazçılar qiymətlərin artması və iş şəraitinin yaxşılaşması səbəbindən maaşların artırılması tələbi ilə Fransa paytaxtının küçələrinə çıxıblar.

Nümayişdə minlərlə insan, o cümlədən nəqliyyat, enerji, qida emalı, ticarət, təhsil və səhiyyə işçiləri iştirak edir.
Nümayişçilər arasında “sarı jiletlilər” hərəkatının tərəfdarları, müxtəlif gənclər təşkilatları, solçular, kommunistlər və “qara blok”dan olan radikal gənclər də var.

Qarşıdurmalar “qara blok”dan olan radikal gənclərin təxribatından sonra başlayıb. Onlar bankların şüşələrini sındırır, avtobus dayanacaqlarını qırır, zibil qutularını yandırır, hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar və tüstü bombaları atırlar.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR