İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə nümayiş zamanı 57 polis YARALANDI

Fransanın paytaxtı Parisdə 1 May nümayişində toqquşma zamanı 57 polis əməkdaşı yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Qeyd olunub ki, nümayişdən sonra 35 nəfər saxlanılıb.

Bildirilib ki, nümayiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının 281 nəfəri saxladığı bir il əvvəllə müqayisədə daha sakit keçib.

Hər il Fransada Beynəlxalq İşçilər Günü münasibətilə nümayişlər keçirilir. Belə ki, bu il bütün ölkə üzrə 340 aksiya qeydə alınıb ki, orada 121 min nəfər iştirak edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR