Onlayn ictimai-siyasi qəzet
“Qarabağ məsələsinin qarşılıqlı kompromis yolu ilə həllinə” niyə erməni milləti qarşı çıxdı?”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sualı yerli analitik Argişti Kiviryan özünün Facebook səhifəsində qaldırıb.
“Qarabağ məsələsi ilə bağlı real qarşılıqlı kompromis variantını hələ uzaq 1923-cü ildə Moskva tapmışdı – azərbaycanlıların tərkibində ermənilər üçün muxtar vilayət yaradaraq və onlara bu ölkədə saysız-hesabsız rıçaqlar verərək.
Bütün bunlar 1988-ci ildə dağıldı. Xüsusilə də Levon Ter-Petrosyanın rəhbərlik etdiyi ‘Qarabağ Komitəsi’nin fəaliyyəti nəticəsində. O, erməni millətinə bu məsələnin həll yolunun yalnız birləşmədə – yəni Qarabağın Ermənistana birləşdirilməsində olduğunu təlqin edirdi. Nəticədə ermənilər Azərbaycandakı bütün üstün mövqelərini itirdilər, yarım milyon erməni qaçqına çevrildi, ermənilər təkcə Bakı və digər böyük şəhərləri deyil, həm də əsrlərlə yaşadıqları bütün Qarabağ düzənliyini, Kürün sağ sahilindəki məskənlərini tərk etdilər.
Və birdən onlara dedilər ki, birləşmə olmayacaq, dünya “Qarabağın” (mətndə uydurma bir ad göstərilib-red.) müstəqilliyini tanımayacaq və məsələnin ən yaxşı həlli guya qarşılıqlı kompromis variantıdır. Yəni millət bu qədər əziyyət və mübarizədən sonra özünə 1988-ci ildən əvvəl Azərbaycanda malik olduğu imkanlardan qat-qat zəif bir variantı qəbul etməliydi.
Bəs bütün bu çətinliklər, bu mübarizə nəyə görə idi? Yalnız bir qrupun Qarabağ hərəkatının dalğası üzərində hakimiyyəti ələ keçirməsi, sonra isə artıq iki millət qatı düşmənə çevrilmişkən, bütün prosesi sıfırlamaq barədə düşünməsi üçünmü?
İndi aydındır ki, erməni milləti bu adlandırılan qarşılıqlı kompromisləri niyə qəbul etmədi. Amma çoxları hələ də bu sadə həqiqəti anlamaq istəmir…”,-deyə o yazıb.
Musavat.com
31 Avqust 2025
30 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ