İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə azərbaycanlıya məğlub olan güləşçi saxlandı - ŞOK SƏBƏB

Fransa polisi Misirli olimpiya güləşçisi Mohamed Elsayedi saxlayıb. O, cinsi qısnamada şübhəli bilinir.

İdmançı Paris küçələrində sərxoş vəziyyətdə saxlanılıb. Polisə ərizə yazan zərərçəkənin sözlərinə görə, güləşçi barlardan birinin yaxınlığında əllərini onun göbəyinə qoyub. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Elsayed 67 kiloqrama qədər çəki dərəcəsində 2020-ci il Tokio Oyunlarının bürünc mükafatçısıdır. Hazırki yarışda o, 1/8 final mərhələsində azərbaycanlı Həsrət Cəfərova məğlub olaraq, mübarizəni dayandırıb.

Olimpiada avqustun 11-də başa çatacaq. Rusiya idmançıları neytral statusda yarışırlar./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR