İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə 1 May nümayişində qarşıdurma – 13 nəfər saxlanıldı

Fransanın paytaxtı Parisdə 1 May – Beynəlxalq Əmək Günü münasibətilə keçirilən kütləvi aksiyada gərgin anlar yaşanıb. Təxminən 100 min nəfərin qatıldığı nümayiş zamanı etirazçılarla polis qüvvələri arasında qarşıdurmalar baş verib.

Musavat.com-un məlumatına görə, dinc aksiya iştirakçılarına qarışan bir qrup şəxs iğtişaş törədib. Onlar şəhər infrastrukturuna, o cümlədən bank filiallarından birinə ziyan vurublar.

Polis əməkdaşları asayişi bərpa etmək üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisələr zamanı bir neçə nəfər saxlanılıb. BFMTV telekanalı Paris polisinin açıqlamasına istinadla 13 nəfərin həbs edildiyini bildirib.

Qeyd edək ki, nümayişdən əvvəl Paris polis prefekti Loran Nunyes təhlükəsizliyin təmin edilməsi üçün 2 mindən çox polis əməkdaşının səfərbər olunduğunu açıqlamışdı. 

 

Musavat.com

@@TVmusavat/114193@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

01 May 2025

BÜTÜN XƏBƏRLƏR