İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris Azərbaycana qarşı qondarma qətnaməyə görə yaxasını kənara çəkdi

Azərbaycan tərəfi Fransa parlamentinin aşağı palatasının qətnaməsini “tualet kağızı” adlandırdı

Noyabrın 30-da Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə bədnam qətnamə layihəsini müzakirəyə çıxarıb. 1 maddədən ibarət qətnamədə layihə müəllifləri “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Fransa hökumətini Aİ və ABŞ-la birgə fəaliyyət göstərməyə” çağırıblar. Paralel olaraq Fransa hökumətindən “Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq məqsədilə Aİ səviyyəsində vahid mövqe nümayiş etdirilməsinə nail olmaq üçün səyləri artırmaq” tələb olunub. Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, yalan və iftira dolu qətnamə  Fransanın növbəti təxribatıdır, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsi məqsədi daşıyır: “Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir: "Xüsusilə qeyd edək ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür və bu qətnaməni qətiyyətlə rədd edirik".

Fransanın Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələr Parisin rəsmi mövqeyini əks etdirmir. Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. O, xarici işlər naziri Ketrin Kolonnanın Fransanın sülh əldə etmək fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcəyi barədə bəyanatlarını xatırladıb.

Musa Qasımlı: “Ali məktəblərə qəbul qaydaları dəyişməlidir”

Musa Qasımlı

Milli Məclisin deputatı Musa Qasımlı bu qətnaməni də istifadəyə yararsız kağız parçası adlandırıb: “Demokratiyadan dəm vuran Fransa Milli Assambleyasının tarixi gerçəkliyə və reallığa zidd olan belə bir iyrənc qətnaməni qəbul etməsinin başlıca səbəbi  müdafiə etdiyi işğalçının məğlubiyyətini qəbul edə bilməməsi  ilə  bağlıdır. Fransanın belə davranışında başlıca məqsədi  qovulduğu regiona yenidən düşmənçilik və qarşıdurma yaradaraq burnunu soxmaq və Azərbaycana təzyiq etməkdir. Bu qətnamə bizim üçün sənəd deyil, heç bir hüquqi qüvvəsi yoxdur, qəbul edildiyi andan cırılıb atılıb və istifadəyə yararsız tualet kağızıdır. Belə bir kağız parçasından onu qəbul edənlər gecələr Parisin Şanze Lize küçəsində istifadə edə bilərlər. Kağız parçası Azərbaycan ictimaiyyətində kəskin etiraz yaradır. Hər şeydən əvvəl, ona görə ki, bu kağız parçası Fransanın özünün də imzası ilə qəbul edilmiş BMT nizamnaməsinə, beynəlxalq hüquq normalarına və beynəlxalq adətlərə ziddir, onların ayaq altına atılmasıdır. Fransa qanunvericiləri hədlərini aşaraq dövlətimizin daxili işlərinə qarışmağa cürət  etməyə uğursuz cəhd ediblər və kobud səhv eləyiblər. Belə bir cəhdi qətiyyətlə rədd edirik. Heç bir ölkə daxili işlərimizə qarışa bilməz. Bənzər hərəkətlər gələcəkdə də uğursuz olacaq. İkincisi, bu kağız parçası göstərir ki, 30 ilə yaxın müddətdə ərazilərimizin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasında, günahsız insan qanlarının tökülməsində, tarix və mədəniyyət abidələrimizin dağıdılmasında artıq dəfn edilmiş Minsk Qrupunun həmsədri kimi bilavasitə Fransa da məsuliyyət daşıyır. Fransanın əli günahsız azərbaycanlıların qanına batıb. Üçüncüsü,  bu kağız parçası ilə fransız deputatlar Böyük Fransa İnqilabının “Azadlıq, Bərabərlik və Qardaşlıq” şüarına tüpürüblər. Onda azadlıq, bərabərlik, qardaşlıq və barışdırıcılıq adına heç bir şey yoxdur, zülmət, kin-küdurət, terrorun təşviqi, işğalçı Ermənistanın tərəfini tutmaq və düşmənçiliyi dərinləşdirmək vardır".

Deputat hesab edir ki, Fransanın Azərbaycanı ittiham etməyə, dərs verməyə heç bir tarixi, hüquqi, siyasi  və mənəvi haqqı yoxdur. Bu cəsarəti tapanlar ilk növbədə özlərinə aynada baxmalıdırlar: “O aynada Fransa öz tarixinin qanlarla dolu işğallar, soyqırımları, başqa millətlərin göz yaşları səhifələrini, Əlcəzairi görəcək. Deməli, bu kağız parçasına səs verənlər bundan sonra regionda baş verə biləcək bütün mürəkkəb hadisələr üçün məsuliyyət daşıyacaqlar. Hesab edirəm ki, özünü tamamilə gözdən salmış, beynəlxalq normaları pozan Fransa ilə qarşılıqlı münasibətlər kompleksinə yenidən baxılmalı, rəsmi Parisə özünün layiq olduğu yer bir daha göstərilməlidir”.

Yeganə Hacıyeva: Gürcüstan bu formatda qismən iştirak edəcək » BAYRAQDAR  MEDİA

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva isə bildirdi ki,   Fransa parlamentinin aşağı palatası yekdilliklə anti-Azərbaycan qətnamə qəbul edib. Bu, 2020-ci ildən başlayaraq ard-arda qəbul edilən anti-Azərbaycan qətnamələrindən növbətisidir: “Parlamentin aşağı palatası Prezident Makronun rəhbəri olduğu İntibah Partiyasının müəllifi olduğu "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması" tələbi ifadə olunan qətnaməni 256 deputat lehinə, 0 nəfər əleyhinə proporsiyası ilə qəbul edib. Qətnamə layihəsinin həmmüəllifləri son seçkilərdə Makronun bir neçə prefekturada seçki qərargahına rəhbərlik etmiş şəxslərdir. “Demokratik” Fransanın parlamenti SSRİ-də kommunistlərin syezdləri kimi yekdilliklə qərar qəbul edib. Aydın məsələdir ki, qətnamənin müəllifi elə Putinin Avropadakı emissarı Makron şəxsən özüdür. Amma demokratikdirsə, parlamentdə niyə 2-3 nəfər də olsun fərqli fikirli şəxs yoxdur? Heç totalitar rejimli ölkələrdə, kommunist Çində belə qərarlar bu cür yekdilliklə qəbul olunmur. Məsələn, 2021-ci ilin yanvar ayında “Sülhə və regional inkişafa kömək məqsədilə Fransanın Cənubi Qafqazda rolunun möhkəmlənməsinin vacibliyi” adlı qətnamə layihəsi təqdim edilmişdi. Qətnamənin  həmmüəllifləri Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləridir. Qətnamə layihəsində Fransa hökumətinə Cənubi Qafqazda sülhün qorunmasındakı rolu və bu məqsədlə Azərbaycanla yaxından əməkdaşlıq etməsi haqda tövsiyələri yer alırdı. Bu qətnamənin qəbul edilməsinə qarşı ən birinci fəaliyyəti elə Makronun öz İntibah Partiyası başlamışdı. Ard-arda qəbul edilmiş  anti-Azərbaycan qətnamələr haqqında iki mühüm məqamı qeyd edim. Birincisi, qətnamənin  hüquqi gücü yoxdur, ikincisi isə qətnamələr tövsiyə xarakterlidir. Amma əlbəttə, bunlar siyasi sənədlərdir və bu, erməni lobbisinin Fransa hökumətinə təsir gücünü sübut edir. Son üç ildə qəbul edilmiş qərarlar Fransanın beynəlxalq öhdəliklərinə də ziddir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR