İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris aeroportlarında uçuşların 20-25 faizi ləğv olunub

Paris regionunda (İl-de-Frans) güclü qar səbəbindən “Orli” və “Ruassi” hava limanlarında xeyli aviareys yerinə yetirilməyib.

AZƏRTAC BFMTV telekanalına istinadla xəbər verir ki, "Ruassi" aeroportunda uçuşların 20 faizi, "Orli"də isə 25 faizi ləğv edilib. Fransa Mülki Aviasiya İdarəsindən bildiriblər ki, “İl-de-Fransa qar yağacağı gözlənildiyi üçün çərşənbə günü Paris hava limanlarında hava hərəkəti ciddi şəkildə pozulacaq”.

Bundan əlavə, İl-de-Frans regionunun hakimiyyət orqanları sakinlərdən xahiş edib ki, çərşənbə günü hərəkətlərini mümkün qədər məhdudlaşdırsınlar və əlverişsiz hava şəraitini nəzərə alaraq evdən işləsinlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR