İnsanlara hürriyət, millətlərə istiqlal!

Mossad-dan SEPAH generallarına ultimatum: “12 saat ərzində istefa verin, yoxsa öləcəksiz"

Musavat.com xəbər verir ki, İsrail Kəşfiyyat Xidməti Mossad İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sağ qalan komandirləri ilə əlaqə saxlayaraq hədəfə alıb.

The Washington Post-un apardığı araşdırmaya əsasən, Mossad əksər hallarda fars dilində olmaqla rəsmilərə telefon zəngi edib və onlara verib onlara 12 saat müddətində rejimdən ayrılıb istefa verməsələr, öldürüləcəkləri barədə ultimatum verilib.

Audio yazıda səslənən mesajda belə deyilir:

“12 saatınız var. Şəxsən sizi siyahımıza daxil etmişik. Ailə ilə birlikdə qaçmayacaqsınızsa, adınız kölgədə qalar və biz tezliklə sizi hədəfə alacağıq.”

Bu kampaniya “Rise Lion” (“Qorxu Oyanışı”) adlı hərbi psixoloji əməliyyatın bir hissəsidir. Məqsəd SEPAH komandirlərinin əksəriyyətini qorxu altına almaq və onların Tehran rəhbərliyinin əmrinə itaətini pozmaqdır. 

Mossad yalnız təhdidlər səsləndirib, amma bu hədələrin gerçək olub-olmaması hələ açıqlanmır. Hələlik SEPAH komandirləri arasında heç kimin hakimiyyətə qarşı getdiyi təsdiqlənməyib, lakin bu kampaniya Tehran daxilində böyük təşviş yaratma potensialına sahibdir.

 

Musavat.com

@@TVmusavat/119232@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR