İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp təpindi, Medvedyev dediyini dandı

ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi nüvə silahı ilə bağlı diqqətsiz fikirlərinə görə danlayıb.

Musavat.com xəbər verir ki, ABŞ İranın nüvə obyektlərinə zərbə endirdikdən sonra Medvedyev bu addımı pisləyib. O, Telegram kanalında ABŞ-ın zərbələrinin nəticəsiz qaldığını qeyd edib.

Onun sözlərinə görə, İsrail və ABŞ-ın hərəkətlərinə dünya ölkələrinin böyük əksəriyyəti etiraz edir və onların bəziləri “öz nüvə silahı ilə İranı birbaşa təchiz etməyə hazırdır”.

Bu gün Tramp özünün Truth Social hesabında Medvedevin nüvə silahı ilə bağlı son bəyanatına həsr olunmuş mesaj yerləşdirib. O, xüsusi olaraq qeyd edib ki, Amerika nüvə sualtı qayıqları “digərlərindən 20 il qabaqdır” və indiyə qədər istehsal edilmiş ən ölümcül silahlardır. ABŞ prezidentinin sözlərinə görə, zərbə üçün istifadə edilən 30 Tomaqavkın hamısı hədəflərinə çatıb: "Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin təsadüfən N (nüvə!) hərfindən ehtiyatsız istifadə edərək, onun və digər ölkələrin İrana nüvə başlıqları verəcəklərini dediyini eşitdim. O, doğrudanmı bunu deyib, yoxsa bu, mənim təxəyyülümün məhsuludur? Əgər belədirsə və bu təsdiqlənibsə, zəhmət olmasa mənə dərhal xəbər verin. Çox güman ki, bu N-sözünə (nüvə!) belə ehtiyatsız münasibət bildirmək olmaz. Görünür, elə buna görə boss Putindir".

Medvedev daha sonra sözlərinə düzəliş edərək, ABŞ-ın İrana zərbəsini pislədiyini, lakin ölkəsinin Tehrana nüvə silahı vermək fikrində olmadığını qeyd edib: "Çünki İsraildən fərqli olaraq biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfləriyik. Bunun nəyə gətirib çıxara biləcəyini çox yaxşı başa düşürəm - mən özüm prezident kimi nüvə qüvvələrimizə nəzarət etmişəm. Amma digər ölkələr bunu edə bilər - məhz bu müzakirə edilib. Və nüvə başlıqlarının sayı ilə öyünməyə, əlbəttə ki, dəyməz. Xüsusilə o zaman ki, mənim vaxtilə Amerika prezidenti ilə imzaladığım Nüvə Silahının yayılmaması haqqında müqavilə hələ ki, qüvvədədir. Hələlik sual ondan ibarətdir ki, bundan sonra nə olacaq”?

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR