İnsanlara hürriyət, millətlərə istiqlal!

Panika yaradan ÇAĞIRIŞ - Gecə yarısı 10 minlərlə ehtiyat əsgər...

İsrail Müdafiə Qüvvələrinin telekommunikasiya sistemində planlı təmir işləri apardığı zaman yaranan texniki problem ölkədə çaxnaşma yaradıb.

Musavat.com xəbər verir ki, bu gecə sistemdə olan nömrələrə mesaj göndərilib. Mesaj vasitəsilə İsrail Müdafiə Qüvvələrinin ehtiyat əsgərlərinə səfərbərlik vəziyyətinin olduğu barədə çağırış edilib.

İsrail mətbuatında yer alan xəbərə görə, mesajdan sonra fövqəladə vəziyyət olmadığına dair xalqa üzrxahlıq mesajı göndərilib.

Bənzər hadisə 2018-ci ildə Qəzza sərhədində fələstinli etirazçıların güllələnməsindən sonra gərginliyin artması fonunda baş vermişdi. O zaman minlərlə israilliyə öz hərbi geyimləri və çantaları ilə ən yaxın hərbi komissarlığa yaxınlaşmaları tapşırılmışdı.

Qeyd edək ki, 643 min fəal hərbi qulluqçusu olan İsrail təxminən 3,7 milyon nəfər ehtiyata malikdir. Ordunun inventarında 595 təyyarə, 1650 tank, 7500 zirehli texnika var. Ölkənin donanması 65 hissədən ibarətdir.

İsraildə hərbi xidmət həm kişilər, həm də qadınlar üçün məcburidir. Kişilər üç, qadınlar isə iki il hərbi xidmətdə olurlar. Bu öhdəlik ölkə daxilində və xaricində bütün İsrail vətəndaşlarına aiddir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR