İnsanlara hürriyət, millətlərə istiqlal!

Pamfilova Stalindən sitat gətirdi - tənqid olundu

Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova sosial şəbəkələrdə böyük hay-küyə səbəb olan açıqlama verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ella Pamfilova bir çoxları üçün skandal deyə qəbul edilən fikirlərini Belarusun ONT telekanalına müsahibəsində səsləndirib.

Bu müsahibəsində o, Qərbi demokratiyanı təhrif etməkdə və Rusiyanı məhv etmək istəyində günahlandırıb. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində Rusiya qədər seçkilərə nəzarət olunmur.

Vəzifəsi ölkədə seçki prosesini koordinasiya etmək olan Pamfilovanın siyasi açıqlamaları xüsusilə maraq doğurub. O, ölkədə “beşinci kolon” adlandırdığı alternativ fikir sahiblərinə qarşı repressiyalara çağırıb.

“Bununla bağlı böyük mütəfəkkirlər bunu deyiblər: daxili xəyanətlə, bizi daxildən parçalamağa çalışanlarla məşğul olsaq, xarici düşmənlə daha tez mübarizə aparacağıq. Bu yolda daha barışmaz və daha sərt olmalıyıq”, - deyə Ella Pamfilova bildirib.

Sosial şəbəkə istifadəçiləri isə Pamfilovaya sitat gətirdiyi “böyük mütəfəkkir”in milyonlarla günahsız insanı repressiyaya məruz qoyan, güllələtdirən, bütöv xalqları öz yurdlarından sürgün edən SSRİ-nin keçmiş rəhbəri İosif Stalin olduğunu xatırladıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR