İnsanlara hürriyət, millətlərə istiqlal!

Pallone Azərbaycana qarşı ağlasığmaz tələb irəli sürüb

ABŞ Nümayəndələr Palatasının üzvü, Konqresin erməni məsələləri üzrə komissiyasının həmsədri Frenk Pallone Azərbaycana qarşı ağlasığmaz tələb irəli sürüb.

Musavat.com xəbər verir ki, Frenk Pallone ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı ilə bağlı tvitter səhifəsində fikrini bildirib.

“Dövlət katibi Entoni Blinkenin Cənubi Qafqazda gedən prosesləri izlədiyini və Azərbaycanın “qeyri-qanuni saxladığı” erməni əsirlərini azad etməyə çağırdığını görmək çox xoşdur. Birləşmiş Ştatlar Azərbaycan qoşunlarını sərhədyanı ərazilərdən çıxarmağa çalışmalıdır ki, bu da sülh prosesinə töhfə verəcək”, - deyə F.Pallone qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR