İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın Baş naziri Əfqanıstanla bağlı dünya ictimaiyyətinə çağırış edib

Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanla sərhəddəki gərginliklə bağlı dünya ictimaiyyətinə çağırış edib.

“Report”un xəbərinə görə, hökumət başçısı tviterdə yazıb ki, Əfqanıstanın müvəqqəti hökuməti belə hadisələrin təkrarlanmamasını təmin etməlidir.

“Əfqanıstan Sərhəd Qüvvələrinin Şamanda səbəbsiz yerə atəşkəsi pozması və nəticədə bir neçə Pakistan vətəndaşının ölməsi və yaralanması təəssüf doğurur. Bu, ən sərt qınaqlara layiqdir”, - o bildirib.

Qeyd edək ki, ötən gecə Əfqanıstan-Pakistan sərhədində Spin-Boldak-Çaman sərhəd-keçid məntəqəsi yaxınlığında açılan atəş nəticəsində Pakistanın azı 6 vətəndaşı ölüb, 17 nəfər isə yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR