Onlayn ictimai-siyasi qəzet
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.
Musavat.com xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.
"Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır", - Baş nazir bildirib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ