İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda yaşanan izdihamda azı 11 nəfər ölüb

Cümə günü Pakistanın Kəraçi şəhərindəki fabrik qarşısında Ramazan ayı münasibətilə ehsan paylanması zamanı yaşanan izdihamda əksəriyyəti qadın və uşaqlar olmaqla, azı 11 nəfər ölüb, 10 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bunu Kəraçi polis bölməsinin rəhbəri Məhəmməd Muqis Haşmi bildirib.

Onun sözlərinə görə, fabrik sahibi əvvəlcədən yerli rəhbərliyin icazəsini almayıb və təhlükəsizlik tədbirləri görülməyib.

Fabrikin direktoru da daxil olmaqla, azı 6 nəfər həbs edilib.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğundan, ölənlərin sayı arta bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR