İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda daşqınlardan sonra denge virusuna yoluxanların sayı çoxalır

Pakistanda musson yağışları mövsümündəki daşqınlardan sonra denge virusuna yoluxanların sayında artım müşahidə olunur.

AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, ölkənin cənubundakı Sindh vilayətində oktyabrın ilk 3 günündə 652 nəfər denge virusuna yoluxub. Ən çox yoluxma vilayətin paytaxtı Karaçi şəhərində qeydə alınıb. Cari il ərzində vilayətdə bu virusa yoluxanların sayı 10 mini ötüb. Xeybər Paxtunva vilayətində isə son sutkada 287 nəfərin bu virusa yoluxması təsdiqlənib. Vilayətdə hazırda aktiv xəstələrin sayı 2 min 177 nəfər, il ərzində ümumi yoluxma sayı isə 10 minə yaxındır.

Pakistanın şərq hissəsində yerləşən Pəncab vilayətində də denge virusuna son sutka ərzində 230 yoluxma aşkarlanıb. Vilayətdə il ərzində 7 min 251 nəfərin bu virusa yoluxduğu müəyyənləşib. Paytaxt İslamabadda isə ötən gün 34 yoluxma aşkarlanıb.

Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır. Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Virusun XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində məlum olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR