İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan XİN rəhbəri BMT-yə müraciət etdi

Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdari BMT-nin G77 Nazirlər Zirvəsinin yekun sessiyasında çıxış edərək təşkilata üzv dövlətlərə müraciət edib.

Musavat.com-un Oxu.az-a istinadən xəbərinə görə, o bəyan edib ki, BMT üzvləri inkişaf etməkdə olan ölkələrin ümidsiz borc probleminin həllinə onlara əlavə xüsusi borc almaq hüququ verməklə kömək etməlidirlər.

XİN rəhbərinin sözlərinə görə, son bir neçə ildə bir çox inkişaf etməkdə olan ölkələr qlobal iqtisadi tənəzzülün qurbanına çevrilib. Bu il bir neçə ölkə, o cümlədən Pakistan iqlim dəyişikliyindən təsirlənib.

Bilaval Bhutto-Zərdari əlavə edib ki, hazırkı dünya sistemi inkişaf etməkdə olan ölkələrin başına gələn bəla ilə mübarizə aparmağa hazır deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR