Onlayn ictimai-siyasi qəzet
Ermənilər gerçəkdən də dünyanın neqativ anlamda ən unikal, eyni zamanda, ən bədbəxt xalqıdır. Bütün normal insanlar yeni ildə bir-birinə, doğmalarına, ailələrinə sülh, əmin-amanlıq, rifah, inkişaf arzu edir, haylar isə əksinə, müharibə, qırğın, qan-qada, qonşulara qarşı revanş savaşı, qisas.
Elə bu səbəbə iki əsrdir bu xəbis toplum quyunun dibindən çıxa bilmir. Çünki hər şey niyyətə bağlı. Yalnız iki təzə fakt.
“Təəssüflə deməliyəm ki, biz növbəti yeni ilə də dünyanın ən şərəfsiz cəmiyyəti kimi qədəm qoyuruq. Bu, çox acı, çox xoşagəlməz həqiqətdir ki, onu nə bişmiş donuz budlarının qalınlığı və blinciklərin incəliyi, nə də yeni il salatların təzəliyi ilə gizlətmək mümkündür. 2025-ci ildə real səylər göstərməli və bu rüsvayçı tituldan qurtulmalıyıq”.
Sitat Xocalı hərbi canisi, eks-prezident Serj Sərkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, hazırda həbsdə yatan Armen Aşotyana məxsusdur.
Dünyanın ən şərəfsiz cəmiyyəti... Bu yaramazın xəstə məntiqindən belə çıxır ki, erməni toplumu yalnız özgə torpaqlarını işğal edib orda etnik təmizləmələr aparanda, dinc əhaliyə divan tutanda, bəşəriyyət əleyhinə digər ağlasığmaz cinayətlər və vəhşiliklər, soyqırımları törədəndə özünü rahat, qürurlu, şərəf yiyəsi hesab edir!
Diqqət edin, hayların üzləşdiyi bəlalar azmış kimi, özünün də etiraf elədiyi kimi, bu şərəfsiz öz soydaşlarını təzədən revanşizmə çağırır...
Bizə rusun əli ilə, zorla qonşu edilmiş zay cəmiyyətin başqa bir şərəfsizi – radikal müxalifətçi deputat Tiqran Abramyan da Aşotyandan zərrəcə geri qalmır. Onun yeni il arzusundan yalnız bir cümlə: “Mən daha Paşinyan hakimiyyətinin kursuna və ya planlarına toxunmuram, çünki onların etdiklərinin acı nəticəsi başımıza gələn böyük ərazi və insan itkiləridir”.
Böyük ərazi itkisi... Nə demək bu? SSRİ dağılandan sonra Ermənistan harada, nə zaman ərazi itirib? Onun beynəlxalq səviyyədə tanınmış torpaqlarını kimsə işğalmı edib?
Yox. Elə isə nə vaxtdan işğal etdiyi torpaqlardan vurulub çıxarılma işğalçı üçün ərazi itkisi sayılır? Ermənistan ona məxsus olmayandan məhrum edilibsə, bunun harası torpaq itkisidir?
O biri yandan, nəzərə alanda ki, Ermənistan əhalisinin əksəriyyəti konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasının əleyhinədir, təəccüblənməyə dəymir də. Yəni abramyanlar, aşotyanlar ən əvvəl həmin “barıt qoxulu” konstitusiyanı əsas götürüb belə sayıqlamalar edirlər...
Heç şübhəsiz, bu da 2025 üçün növbəti revanş, müharibə çağırışıdır. Amma xain məxluqat gərək 44 günlük Qarabağ savaşının və 23 saat 45 dəqiqəlik antiterror əməliyyatının nəticələrini, üstəgəl, Azərbaycan Prezidentinin məlum xəbərdarlığını unutmasın. Qulağında əbədilik sırğa kimi saxlasın.
Bu da odur ki, əgər biz görsək ki, Azərbaycana hədələr real təhlükəyə çevrilməyə, qorxulu məzmun almağa başlayıb, gərəkəni edəcəyik. Onda özlərindən küssünlər.
Azərbaycan Qarabağı ona görə sürətlə məskunlaşdırıb dirçəltmir ki, mənfur qonşu günün birində təzədən köhnə əməlinə qayıdıb üstümüzə əli silahlı gəlsin, insanlarımıza, əhalimizə, uşaqlarımıza, infrastrukturumuza təhlükə yaratsın.
Aşotyanların, abramyanların, serjiklərin, köçəryanların ardınca gedən millətin vay halına. Deməyin ki, demədik...
Z.SƏFƏROĞLU
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ