Onlayn ictimai-siyasi qəzet
Qaziosmanpaşada keçirdiyi mitinqdə İstanbul Cümhuriyyət Baş prokuroru Akın Gürlekin ünvanına səsləndirdiyi ifadələrə görə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində istintaq başladılıb.
Musavat.com xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç da məsələ ilə bağlı sosial media hesabında açıqlama verib.
"Məhkəməyə edilən təhdid, hüquqi dövlət prinsipinə açıq hücumdur", - nazir paylaşımında qeyd edib.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ