Onlayn ictimai-siyasi qəzet
“2023-cü ilin ötən dövrü ərzində Azərbaycanda inflyasiya rəqəmləri yüksək olaraq qalır. Son açıqlanan rəqəmlərə əsasən, inflyasiya səviyyəsi iki rəqəmli göstəricidir və 11 faiz ətrafındadır”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
Ekspert əlavə edib ki, əməkhaqqı, müavinət və pensiya ilə dolanan sosial qruplara baxmış olsaq, hiss edilən inflyasiya bu şəxslərə daha çox təsir edir:
“Çünki bu şəxslər daha çox ərzaq və gündəlik tələbat məhsulları istehlakçılarıdır. Ona görə, bu məhsulların qiymətləri bahalaşıb. Belə olan halda sosial siyasətin parametrlərini yenidən dizayn edilməsi ilə bağlı zərurət yaranıb.
Bu istiqmətdə proqnozlar verərkən bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi pensiyaların arıtırlması məsələsidir. Pensiyaların artırılması əmək haqqında qanuna uyğun olaraq məcburi xarakterlidir və bu il yanvarın 1-dən etibarən əvləlki ilin orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq 11 faiz ətrafında pensiyalarda artımlar ediləcək. Gözlənilir ki, inflyasiya səviyyəsinə görə, minimum pensiyaya da müvafiq dəyişikliklər edilsin.
İkincisi əməkhaqlarının artırılması məsələsidir. Büdcənin hazırda məlum olan parametrlərindən görünən budur ki, dövlət seqmentində əməkhaqqı fondu 500 milyon manata yaxın və ya 5 faiz ətrafında artırılır. Büdcə sənədi parlamentə daxil olandan sonra vəsaitin hansı məqsədlə sərf ediləcəyi tam məlum olacaq.
Bu vəsait həm əməkhaqlarının artırılması, həm təhsil sektorunda sertifikatlışdırmadan keçən işçilərin maaşlarına əlavələrə, həm də işğaldan azad olunmuş ərazilərdə yeni dövlət strukturlarının formalaşdırılması və maliyyələşdirilməsinə sərf oluna bilər. Büdcə sənədi qəbul olana qədər bir neçə mərhələdən keçəcək.
Üçünücü məsələ minimum əməkhaqqı ilə bağlıdır. Minimum əməkhaqqı səviyyəsi artırılarsa, bu həm özəl sektor, həm də dövlət sektoru üçün keçərlidir. 10 faiz ətrafında bu göstəricinin artırılması ehtimalı var. Belə olan təqdirdə özəl sektorda da minimum əməkhaqqı məcburi artacaq. Lakin özəl sektorda çalışan və minimum əməkhaqqından artıq məvacib alanlarla bağlı məsələ isə bazarda tələb-təkliflə bağlı yaranmış faktorlarla formalaşır".
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ