Onlayn ictimai-siyasi qəzet
Ürək spazmı keçirən türkiyəli müğənni və aktyor Özcan Dəniz fevralın 28-də Bakıda konsert proqramı ilə çıxış edəcək.
Müğənninin konsertinin təxirə düşdüyü deyilsə də, təşkilatçı Musavat.com-a açıqlamasında bildirib ki, Özcan Dənizin səhhəti yaxşıdır və konsert fevralın 28-i baş tutacaq.
Qeyd edək ki, sənətçi infarkt keçirməsi ilə bağlı yayılan xəbərlərə sosial media hesabında münasibət bildirib.
O qeyd edib ki, rol aldığı “Qızıl qönçələr” serialının çəkiliş meydançasında ürək spazmı keçirib. Kiçik həkim müdaxiləsindən sonra isə evdə istirahət edir.
Könül İbrahim
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ