İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanlı xanımla istirahətə getdilər: Ölüm xəbəri gəldi - TƏFƏRRÜAT

Tovuz rayonunda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

APA xəbər verir ki, Aşağı Öysüzlü kənd sakini, 37 yaşlı Cavid Baxşəliyev qonşusu Namiq və Özbəkistan vətəndaşı olan bir xanımla çay ətrafına balıq tutmağa, istirahət etməyə gediblərmiş.

Lakin bir müddət sonra onların istifadə etdiyi rezin qayıq suda batmağa başlayıb.

Cavid Baxşəliyevin qardaşı Cəbrayıl Baxşəliyev bildirib ki, qayıqda olan digər şəxslərin sözlərinə görə, hadisə toru kəsən zaman qayığın deşilməsi ilə başlayıb.

Dərhal əraziyə hüquq-mühafizə orqanı əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu cəlb edilib.

İtkin düşmüş şəxsin axtarışlarına başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR