İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanlı ekspertdən Azərbaycan üçün açıqlama – VİDEO

Qardaş Özbəkistanda – Qaraqalpağıstanda baş verən təəssüf doğurucu olaylar Azərbaycanda da ürək ağrısı və həyəcanla izlənildi. O baxımdan Azərbaycan mediası və ictimaiyyətinin qardaş ölkəyə diqqət kəsilməsi başadüşüləndir. Belə bir durumda bəzi təxribatçı qüvvələr həm də Azərbaycan ictimai rəyini yanıltmaq üçün fürsəti fövtə vermir. Bunu nəzərə alaraq Özbəkistandan olan dostumuz-həmkarımız, Azərbaycanı yaxından tanıyan tarixçi, siyasi şərhçi, media eksperti Şuhrat Barlas (Salamov) geniş video müraciət yayıb.

Biz də bayraqdar.info olaraq məsələnin ciddiyyətini nəzərə alaraq və qardaş Özbəkistan xalqına belə qarışıq dövrdə dəstəyimizi ifadə edərək Ş.Barlasın olduqca gərəkli videosunu oxucularımıza təqdim edirik. Əminik ki, dəyərli oxucularımız bu videoya baxmaqla qalmayacaq, eyni zamanda onun daha geniş yayılmasına töhfəsini də verəcək.

Bu arada onu da qeyd edək ki, Ş.Barlas özbəklərlə qaraqalpaqların qardaş olduğunu vurğulayır, bu iki qardaşı qarşı-qarşıya gətirib qırğın törətmək istəyənləri yetərincə aydın şəkildə ifşa edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR