İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanla Türkiyə 10 milyardlıq investisiya layihələri imzalayıblar

Özbəkistan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası zamanı 10 milyard dollar dəyərində yeni investisiya layihələri formalaşdırıblar.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Özbəkistan prezidentinin rəsmi saytında yerləşdirilib.

Prezidentin mətbuat xidməti əlavə edib ki, tərəflər qarşıya ikitərəfli ticarət dövriyyəsinin həcmini qısa zamanda 5 milyard dollara çatdırmaq vəzifəsini qoyublar.

Məlumatda qeyd olunur ki, son illər iki ölkə arasında ticarət dövriyyəsi 1,5 dəfə, müştərək müəssisələrin sayı 2 dəfə, Türkiyənin Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 2,5 dəfə artıb. “Güzəştli ticarət haqqında Saziş çərçivəsində gömrük tariflərinin azaldılması və İstanbulda Özbəkistanın ticarət nümayəndəliyinin açılmasının zəruriliyi vurğulanıb”.

Həmçinin Özbəkistan və Türkiyə əməkdaşlığın mühüm istiqamətləri arasında iki ölkənin nəqliyyat və logistika potensialının, o cümlədən Orta Dəhliz imkanlarından səmərəli istifadə etməklə artırılmasını müəyyən ediblər.

İclasın yekunları üzrə hökumətlərə qəbul edilmiş qərarların həyata keçirilməsi üçün birgə yol xəritəsinin təsdiq edilməsi tapşırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR