İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda prezidentlik səlahiyyətlərinin müddəti 7 ilə qədər uzadılacaq

Özbəkistanda prezident Şavkat Mirziyoyevin səlahiyyət müddəti uzadıla bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Özbəkistan Respublikasının konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsində prezident səlahiyyətlərinin müddətinin 5 ildən 7 ilə qədər artırılması nəzərdə tutulur.

Qanun layihəsi bu gün dərc olunub. Qeyd etmək lazımdır ki, bundan əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2022-ci ilin dekabrına qədər konstitusiyaya dəyişikliklər və ölkənin əsas qanununun yenilənməsi ilə bağlı ümumxalq referendumunun keçirilməsini təklif etmişdi.

Sənəd Özbəkistan parlamenti tərəfindən birinci oxunuşda təsdiq edildikdən sonra ictimai müzakirəyə çıxarılıb.

Mövcud konstitusiyaya əsasən, Özbəkistan Respublikasının Prezidenti ölkə vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə beş il müddətinə seçilir.

Ş.Mirziyoyev ilk dəfə 2016-cı ilin dekabrında, ilk dövlət başçısı İslam Kərimovun ölümündən üç ay sonra keçirilən növbədənkənar seçkilərdə Özbəkistanın prezidenti vəzifəsinə gəlib. 2021-ci ilin oktyabrında Mirziyoyev 80,12 faiz səslə postunu qoruyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR