İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda çoxarvadlılığa görə 38 şəxs məhkum edilib

Özbəkistanda son 5 ildə 38 nəfər çoxarvadlılığa görə mühakimə olunub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Özbəkistanın Ali Məhkəməsi aydınlaşdırıb ki, 2018-2022-ci illərdə 34, 2023-cü ilin birinci yarısında isə daha 4 nəfər məhkum edilib.

Özbəkistan mediası qeyd edir ki, bunun üçün cinayət cəzası nəzərdə tutulsa da, ölkədə bu problemin miqyası böyükdür. Çoxarvadlılıq tələbi o həddədir ki, bir vaxtlar Özbəkistan hakimiyyəti hətta belə nikahlara qoyulan qadağanın rəsmi olaraq götürülməsi ilə bağlı şayiələri təkzib etmişdi. (Bir sıra maraqlı adamlar işləri rəvan getsin deyə ölkədə "çoxarvadlılıq artıq qadağan deyil" şayiəsi yayıbmışlar).

Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, çoxarvadlılıq pul cəriməsi ilə cəzalandırılır. Bu işə görə həmçinin üç ilədək islah işləri və ya bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması, eləcə də üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR