İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan sərhəddə bütün karantin məhdudiyyətlərini aradan qaldırır

İyunun 10-dan etibarən Özbəkistan sərhədini keçənlər üçün koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin məhdudiyyətləri bütünlüklə aradan qaldırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, xüsusi komissiyasının qərarına əsasən, 2022-ci il iyunun 10-dan Özbəkistana hava nəqliyyatı, dəmiryolu və sərhəd-keçid məntəqələri ilə daxil olanlardan PCR testinin mənfi nəticəsi, anticisimlər üçün ekspress test və peyvənd barədə sənəd tələb edilməyəcək.

Komissiya bu qərarı ölkədə koronavirusun yayılmasının dinamikasını, xəstəxanaya yerləşdirilən və sağalan xəstələrin sayını, karantinə alınan vətəndaşların sayında müsbət dəyişikliyi, epidemioloji vəziyyəti, Ümumdünya Səhiyyə Təşkilatının, həmçinin Turizm və Mədəni İrs Nazirliyinin tövsiyələrini nəzərə alaraq verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR