İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Prezidenti qəzəbləndi: “Mənə niyə zəng etmədiniz?”  

 Qaraqalpaqstanda son vəziyyət: internet məhdudiyyəti və...

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanın  dövlət təmsilçi orqanında çıxış edərək, yerli deputatları danlayıb. O,  deputatları Qaraqalpaqstan xalqının narazılığı barədə ona vaxtında məlumat vermədiklərinə görə qınayıb. Bu barədə “gazeta.uz” məlumat yayıb.

“Mənim sizə iradım var. Siz özünüz dəyişikliklə bağlı təşəbbüslə çıxış etmisiniz, imza atmısınız, təsdiqləmisiz. Mən həmişə danışıqlara açığam. Niyə mənə zəng edib demədiniz ki, insanlar narazıdırlar? Mən də insanam. Mənə də Qaraqalpaqstanın sabahını düşünürəm, qaraqalpaqların sülh şəraitində yaşamasını istəyirəm. Biz bu qədər iş görmüşük, onu yerə vurmaq kimə lazım idi?” deyə,  Şavkat Mirziyoyev ali məclis üzvlərinə sual edib.

Özbəkistanın lideri  “konstitusiya islahatının məqsədi yalnız insanların sabahkı həyatını yaxşılaşdırmaqdır. Amma qaraqalpaq xalqı narazı olsa, heç vaxt bir maddə dəyişdirilməyəcək. Ona görə də hər bir deputat öz təkliflərini bir daha bildirsin. Konstitusiyanın 70, 71, 72, 74, 75-ci maddələrinə heç bir dəyişiklik edilməyəcək”, - deyə prezident qərarını təkrar edib.

Özbəkistanın Qaraqalpaqıstanda qeydiyyatdan keçmiş mobil operatorlarının abunəçiləri isə iyunun 5-i gecə saatlarında özbək dilində SMS mesajı alıblar ki, konstitusiyanın Qaraqalpaqıstanın statusu ilə bağlı 70-75-ci maddələri hazırkı variantda qalacaq və dəyişməyəcək. Bu barədə Nukus sakinlərinə istinadən məlumat yayılıb. Məlumatı mobil operatorların nümayəndələri də təsdiqləyiblər. Respublikada internetə çıxış hələ də məhduddur. Bir çox sakinlər SMS-i yalnız səhər gördüklərini bildiriblər.

Nukusda qeyri-qanuni nümayişlər ölkə konstitusiyasına dəyişikliklərlə əlaqədardır. Məlumata görə, hüquq-mühafizə orqanları bir qrup təşkilatçını saxlayıb, indi onlar hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurlar.

Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Sovet dövründə Qaraqalpaqıstan əvvəlcə Qazaxıstanın, daha sonra Qırğızıstanın, daha sonra isə artıq muxtar respublika statusunda RSFSR-in tərkibinə daxil edilib. Sonra isə Özbəkistan SSR-yə verilib.

1990-cı ildə Qaraqalpaqıstanın suverenliyi haqqında bəyannamə qəbul edilib. 1993-cü ilin əvvəlində dövlətlərarası müqavilə imzalandı, ona əsasən Qaraqalpaqıstan respublikası 20 il müddətinə Özbəkistanın tərkibinə daxil oldu. Qaraqalpaqlar hesab edir ki, onların ölkəsi muxtariyyət deyil, Özbəkistanın tərkibində olan suveren dövlətdir. Qaraqalpaqıstan parlamentli respublikadır, öz dövlət bayrağı, gerbi, konstitusiyası, himni var və Özbəkistan ərazisinin 40%-ni təşkil edir. Amma əhalisi cəmi 2 milyon nəfərdir (33 milyon özbəkə qarşı). Neft, qaz, qızılın istismarı və perspektiv yataqlarına malikdir.

Qeyd edək ki, Özbəkistan Prezidenti bu gün də Nukusa gedib.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR