İnsanlara hürriyət, millətlərə istiqlal!

Oyuncaq “mer” Hayk Şamiryan: “Mən də gedəcəm”

“Əsgəranda itkin düşənlər çox deyil, amma hərbçilər arasında itkilərimiz çoxdur”.

Musavat.com xəbər verir ki, bunu Əsgəran şəhərinin keçmiş oyuncaq “mer”i Hayk Şamiryan erməni jurnalistlə söhbətində deyib.

“Bütün “artsax” gedir. Əsgəran da gedir. Türklər artıq Əsgəranın 200 metrliyindədir. Əsgəran əhalisi tamamilə təxliyə olunanda mən də şəhəri tərk edəcəm. İnsanlar artıq gərginliyin son mərhələsinə çatıblar. Burada nə baş verdiyini heç kim təsəvvür edə bilməz. İnsan bunu özü hiss etməyənə qədər bizim indi burada necə yaşadığımızı bilmir”, - deyə Hayk Şamiryan bildirib.

O, şəhərdə axtarış-xilasetmə işlərinin hələ də davam etdiyini deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR