İnsanlara hürriyət, millətlərə istiqlal!

Oyun zamanı huşunu itirən futbolçunun son vəziyyəti AÇIQLANDI 

Premyer Liqanın 12-ci turunda "Turan Tovuz”a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan “Səbail”in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov futbolçunun həkim nəzarətində olduğunu deyib:

“Ağabala hazırda həkim nəzarətindədir. Lakin hazırda durumu qeyri-müəyyəndir. Yekun müayinədən sonra vəziyyətinin nə yerdə olduğunu biləcəyik. İndi komandamızın bütün üzvləri onu görmək üçün xəstəxanaya yollanır”.//Qol.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR