İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ovik Ağazaryan bizimlə ola bilməz” - Simonyan

“Əgər özünüzü komandadan kənarda qoyursunuzsa, bu, çox pisdir. Hakim “Mülki müqavilə” partiyasından olan deputat Ovik Ağazaryan artıq bunu edib və belə olan halda o, bizimlə yolu davam etdirə bilməz”.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan artıq bununla bağlı Ağazaryana müraciət edib.

Simonyan Ağazaryanı təhdid etmədiyini, sadəcə səmimi söhbət etdiyini deyib.

“Söhbət emosional söhbətdən gedir. Uzun müddət danışdıq, heç bir səbəb müzakirə etmədim. Hesab edirəm ki, Ağazaryan bizim tələbimizi yerinə yetirməlidir”, - deyə parlamentin spikeri bildirib.

Alen Simonyan əmin edib ki, “Mülki müqavilə” partiyasının İdarə Heyətinin bu gün hansı qərarı verəcəyini bilmir:

“Ancaq belə bir şey olarsa, bu, yeni bir vəziyyətin yaradılması deyil, yalnız mövcud vəziyyətin təsbiti olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR