İnsanlara hürriyət, millətlərə istiqlal!

Overçuk: Ermənistan Aİİ və Aİ arasında seçim etməli olacaq

Ermənistan “iki kresloda otura” bilməyəcək; Avrasiya İqtisadi Birliyi (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Bundan əvvəl Ermənistan parlamentinin üzvləri respublikanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul ediblər.

"Mən qəbul edilən qanunun mətnini oxudum. O, "yaxşı nə varsa onun üçün”, “pis nə varsa ona qarşı" və ya tamamilə ümumi sözlər kimidir. Bu, Ermənistanın daxili işidir. Əslində, biz başa düşürük ki, həm Aİİ-nin, həm də Aİ-nin oxşar gündəliyi var. Ona görə də təbii ki, ölkə qərar verməli və bu seçimi etməlidir. Çünki eyni vaxtda iki kürsüdə oturmaq mümkün deyil",-deyə Overçuk qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR