İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovanisyan-dan NATO açıqlaması

“Ermənistan öz dövlət maraqlarını rəhbər tutur və silahlı qüvvələrinin döyüş hazırlığını artırmaq üçün hər şeyi edir”.

Musavat.com “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovanisyan parlamentdə keçirdiyi brifinqdə Ermənistan hərbçilərinin NATO-nun KFOR (Kosovo Qüvvələri) və “Saber Junction-2023” təlimlərində iştirakını və Rusiyanın buna reaksiyasını şərh edərkən bildirib.

O qeyd edib ki, Mariya Zaxarovanın izahat tələb etməsi bir qədər anlaşılmazdır: "Ermənistan öz strateji tərəfdaşı olan Rusiya ilə dostluq münasibətlərini davam etdirir. Bundan başqa, biz digər tərəfdaş ölkələrlə də isti münasibətlər saxlayırıq.",-deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR