İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ov"a gedib ovlandılar - Rusiya hərbçilərinin ŞOK GÖRÜNTÜLƏRİ

Ukrayna əsgərlərinin Rusiya əsgərlərinə qarşı qurduğu pusqu sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

 

Musavat.com xəbər verir ki, sözügedən görüntüdə evlərin xarabalığa çevrildiyi ərazidən irəliləyən rus karvanı görünür.

Donetsk bölgəsində hücum təşkil etmək üçün yola çıxan ən azı 7 zirehli maşından ibarət Rusiya karvanı yoluna davam edərkən, Ukraynanın 36-cı dəniz piyada briqadası pusqu quraraq onları gözləyib.

Fsk78K1XsAASVQF.jpg (79 KB)

Videoda ukraynalı əsgərin ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raketlə rus əsgərlərini hədəfə aldığı görünür. Ukrayna əsgərləri tərəfindən bir-bir vurulan rus tankları iri odlu toplara çevrilib, zirehli texnikanın parçaları isə əraziyə yayılıb.

 

 

Ukrayna sözügedən görüntüləri "Əsl sənət" deyərək paylaşıb.

 

 
Musavat.com Rusiya hərbçilərinin pusquya düşmə anının görüntülərini təqdim edir:
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR