İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən sutkada İtaliyaya 1200-dək miqrant gəlib

İtaliya rəsmiləri son 24 saat ərzində ölkə ərazisinə 1200-dək qeyri-qanuni miqrantın gəldiyini bildiriblər.

AZƏRTAC xəbər verir ki, miqrantlar balıqçı gəmiləri ilə əsasən Lampeduza adasına üz tutublar. İtaliya sahillərində kiçik qayıqlarda xilas edilənlər isə Kalabriya və Siciliya limanlarına çatdırılıblar. Miqrantların əsasən Əfqanıstan, Pakistan, Sudan, Efiopiya, Somali, Liviya və Tunis vətəndaşları olduğu bildirilib. İtaliyanın cənubundakı 350 nəfərlik qaçqın düşərgəsində hazırda 1184 miqrantın qaldığı açıqlanıb.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, 1 yanvar-22 iyul tarixlərində İtaliyaya dəniz yolu ilə gələn qeyri-qanuni immiqrantların sayı 34 min nəfəri ötüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR