Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə 80 mindən çox miqrant miqrasiya qaydalarını pozduğuna görə Rusiyadan məcburi şəkildə qovulub.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Məhkəmə İcraçıları Xidmətindəki mənbələr məlumat verib.
“2024-cü ilin dekabrına qədər məhkəmə qərarları ilə 80 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiyadan məcburi şəkildə çıxarılıb”, - agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, ötən ilin martında “Krokus Siti Holl” konsert zalında tacikistanlı miqrantlar tərəfindən törədilən terror aktından sonra Orta Asiyadan olan miqrantlara qarşı başlanmış total təqib-təzyiq dalğasında Rusiyanı tərk edən qastarbayterlərin sayı 300 min çoxdur. Onların çoxu məhkəmə qərarnı gözləmədən, problemlə üzləşəcəklərini bildikləri üçün federasiya ərazisini tərk ediblər.
Rusiyalı siyasətçilərin ovqatından və açıqlamalarından belə anlaşılır miqrantların RF-dən deportasiya edilməsi prosesi bu il boyunca da tam sürətlə davam edəcək.
Musavat.com
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ