Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə Rusiya Şimali Koreya arasında qarşılıqlı ticarətin həcmi doqquz dəfə artıb.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
O bildirib ki, “ikitərəfli ticarətdə əldə edilmiş müsbət tendensiyaların möhkəmləndirilməsi vacibdir: “2023-cü ildə bizim statistikaya görə, ticarət dövriyyəsi 9 dəfə artaraq 34,4 milyon dollara çatıb”.
Rusiya prezidentinin Pxenyana səfərini dəyərləndirən Uşakovun fikrincə, səfər Putinin bütün qütblərdə olan ölkələrlə dostluq münasibətləri qurmaq siyasətini nümayiş etdirir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ