İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il 1,3 milyard dollar daxil olmuşdu, bu il 107 milyon dollar çıxıb – Ödəmələr balansında daha nələr var?

Azərbaycan Mərkəzi Bankı 2024-cü üzrə ödəmələr balansı statistikasını açıqlayıb.

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev açıqlanan statistikada diqqəti cəlb edən əsas məqamları qeyd edib.

Onun sözlərinə görə, ötən ilin yekununda tədiyə balansının ümumi saldosunda 438 milyon dollar kəsirin qeydə alınması ən mühüm məqamlardan biridir: “Halbuki 2023-cü ildə 5,4 milyard dollara yaxın profisit olmuşdu. 2023-cü illə müqayisədə qeyri-neft sektoruna birbaşa xarici sərmayə qoyuluşları 33 faiz azalaraq 1,3 milyard dollar təşkil edib. Əslində bu sərmayələrin hansı ölkələr tərəfindən hansı sahələrə yönəlməsi də maraqlıdır. Amma rəsmi statistikadan bunları görmək olmur
Cari əməliyyatlar balansının qeyri-neft kəsiri 15 faiz (1,4 milyard dollar) böyüyüb.

Fiziki şəxslərə xaricdən göndərilən pul baratlarının məbləği 65 faizə yaxın (573 milyon dollar) azalıb.

"Xalis səhvlər və buraxılışlar" maddəsi altında ölkədən təyinatı dəqiqləşdirilə bilməyən pul çıxışının həcmi 107 milyon dollar olub. 2023-cü ildə isə bu maddə çərçivəsində əksinə, ölkəyə 1,3 milyard dollar kapital girişi qeydə alınmışdı”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR