İnsanlara hürriyət, millətlərə istiqlal!

Oskanyan: “Bunlar Ermənistan üçün fəlakətdir” 

 

“Ermənistan hakimiyyətinin bu gün etdikləri gələcəkdə başqa müharibəyə səbəb ola bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir Ermənistanın keçmiş xarici işlər naziri, revanşist Vardan Oskanyan tərəfindən səslənib.

“Ermənistan təhlükəsizliyi üçün əhəmiyyət daşıyan anklavları təslim etmək istəyir. Bu ərazilərdə 85-100 min azərbaycanlı məskunlaşacaq və çox ciddi problem (Ermənistan üçün-red.) yaradacaq. Qarabağ erməniləri Azərbaycanda əriyəcək və Ermənistana köçən 100 min azərbaycanlı çox güman ki, erməni əhalisini əridəcək”, - deyə  Oskanyan bildirib.

Erməni keçmiş nazir sonda baş nazir Nikol Paşinyandan susmağı və ya istefa verməsini istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR