Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovun doğma anası Lalə oğlunun itkin düşdüyünü iddia edib.
Sfera.az xəbər verir ki, "Səni axtarıram" verilişində Orxanın itkin düşməzdən əvvəl lentə alınan sonuncu səsyazısı təqdim olunub.
Orxan izlənilərkən dostlarından birinə göndərdiyi yazıda "Elə də edəcəyəm, narahat olma. Deyəsən, "qırmışam" onları. Çünki getdiyim yolu geri qayıdıram, heç bir qarşıma çıxmadı. Onlar məni parkın içində itirdilər" deyib.
Orxanın doğma anası Lalə xanım da həmin səs yazısının Orxana məxsus olduğunu təsdiqləyib.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı bir neçə gün əvvəl Orxanın sıradan insan tərəfindən izlənilmədiyini və onun döyülməsi ilə bağlı xəbər aldığını bildirmişdi.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ